“Rusiya ordunun 40 faizini burada itirdi” - Ən ağır detallar açıqlandı!
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həlak olan hərbçilərinin təxminən 40 faizi Avdeyevka, Pokrovsk və Baxmut uğrunda döyüşlərin payına düşür.
Hurriyyet.net xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına əsasən, Avdeyevka və Pokrovsk istiqamətlərində 120 mindən çox, Baxmut ətrafında isə təxminən 48 min Rusiya hərbçisi həlak olub.
Nəşrin hesablamalarına görə, bu üç istiqamətdə ölənlərin ümumi sayı müharibə ərzində həlak olmuş Rusiya hərbçilərinin təxminən 37 faizini təşkil edir.
“Financial Times” müharibədə ölən Rusiya hərbçilərinin ümumi sayını ən azı 450–464 min nəfər qiymətləndirir.
Nəşrin hesablamalarına əsasən, qeydə alınmamış ölüm hallarını da nəzərə aldıqda, 2026-cı ilin avqustuna qədər həlak olanların sayı 550 min nəfərə çatmış ola bilər.
Mövcud itki tempi davam edərsə, ilin sonuna qədər bu rəqəmin 650 min nəfərə yüksələ biləcəyi bildirilir.
ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) 2026-cı ilin yanvarında açıqladığı 1,2 milyonluq itki göstəricisinə həm də yaralananlar və itkin düşənlər də daxildir.