“Rusiya ordusu daha qlobal təhdid deyil – bu işi tamamlayacağıq”
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun göz görə-görə qlobal təhdid olmaqdan uzaqlaşdığını bildiribib.
Zelenski “American Enterprise Institute World Forum” tədirinin iştirakçılarına müraciəti zamanı Ukraynanın və onun hərbçilərinin öz ərazilərini qəhrəmancasına müdafiə elədiklərini və Rusiya ordusunun getdikcə daha qlobal təhdid olmadığını bütün dünyaya göstərdiyini bildirib. Müraciətdə deyilir: “Sülh formulunu təklif elədiyin zaman Rusiyanın yenidən şəhərlərə raket atmaqla cavab verməsi həll yolunun döyüş meydanında olacağını dəqiq göstərir. Dünya daha da təhlükəsiz olacaq, hökmən daha təhlükəsiz olacaq. Həm millətlər üçün, həm də insanlar üçün. Həm dövlətlər, həm də biznes üçün”.
Zelenski deyib: “Qəhrəman əsgərlərimiz elə ediblər ki, Rusiya ordusu sözün əsl mənasında göz qabağında zəifləyərək daha təhdid olmaqdan uzaqlaşır. Bu işi sona çatdırmalıyıq. Artıq bu il bunu etmək mümkündür”.
Hürr Tərcüman