📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusu ilə bağlı SENSASİON AÇIQLAMA

2023-02-20 15:26:00

Rusiya ordusu ilə bağlı SENSASİON AÇIQLAMA

“Genişmiqyaslı müharibənin ildönümünə qədər hansısa qələbənin qazanılması ilə bağlı Rusiya hərbçilərinə siyasi təzyiqlər artacaq. Lakin hələ ki, belə bir uğur görünmür”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə ilə bağlı fevralın 20-nə olan icmalında deyilir.

Kəşfiyyat analitikləri qeyd edirlər ki, rus qoşunları şərqdə, Uqledar, Kremennaya və Baxmut yaxınlığında bir neçə istiqamətdə irəliləməyə çalışır.

Lakin ruslar Baxmut və Uqledar yaxınlığında böyük itki verirlər. “Xüsusən, elit adlanan 155-ci briqada və 40-cı dəniz piyadası briqadası Uqledar yaxınlığında ağır itkilər verib və çox güman ki, döyüşdə onların səmərəsiz olduğu ortaya çıxıb”, - deyə icmalda qeyd edilir.

“Ola bilər ki, Rusiya real vəziyyətindən asılı olmayaraq, savaşın ildönümündə Baxmutun tutulduğunu elan edəcək. Əgər Rusiya Federasiyasının yaz hücumu heç bir nəticə verməsə, Rusiya rəhbərliyi daxilində gərginlik açıq şəkildə özünü göstərəcək” - deyə sənəddə vurğulanır.

Musavat.com