📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusu Kiyevi "Kinjal" və "İskəndər" raketləri ilə vurub

2024-06-14 15:50:37

Rusiya ordusu Kiyevi

Bu gün səhər saatlarında Ukraynanın Kiyev və Xmelnitski vilayətlərində partlayış səsləri eşidilib.

Bu barədə "Obshchestvennoye" nəşri yerli sakinlərə istinadən məlumat yayıb.

Ukrayna paytaxtının meri Vitali Kliçkonun bildirib ki, Kiyev vilayətində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələri "Kinjal" hipersəs və "İskəndər" ballistik raketləri ilə hücumları həyata keçirilib.

Buna qədər gecə saatlarında Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin əsas aerodromlarına zərbələr endirib. Xüsusilə Kiyev ətrafındakı obyektlər, Bila Tserkva şəhəri yaxınlığı, eləcə də  Poltava və Xmelnitski vilayətlərindəki obyektlər hədəfə alınıb.

baku.ws