📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusu Marinkanı ələ keçirib? - Şoyqu Putinə məruzə etdi

2023-12-26 12:05:10

Rusiya ordusu Marinkanı ələ keçirib? - Şoyqu Putinə məruzə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinlə Ukraynanın Donetsk vilayətinin Marinka şəhərinin tamamilə rus qoşunlarının nəzarətinə keçməsi barədə məlumat verib.

Hurriyyet.az xəbər verir ki, Şoyqunun sözlərinə görə, Marinkanın ələ keçirilməsi Ukrayna artilleriyasını Donetskdən uzaqlaşdırmağa imkan verib. Putin cavab olaraq qeyd edib ki, rus qoşunları daha geniş əməliyyat məkanına daxil olmaq imkanı əldə edirlər.

Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Aleksandr Ştupun isə telemarafon zamanı Şoyqunun Marinkanın tam ələ keçirilməsi ilə bağlı mesajını yanlış adlandırıb. Ştupunun sözlərinə görə, döyüşlər davam edir və Ukrayna hərbçiləri şəhərin inzibati sərhədləri daxilində yerləşir.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski xalqa Milad təbrikində Ukrayna ordusunun 5 Rusiya təyyarəsini vurduğunu bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 25-də yaydığı hesabatda isə qeyd olunur ki, Rusiya qoşunları bütün cəbhə xətti boyunca irəliləməyə çalışır.

BBC analitikləri bildirilər ki, Rusiya ordusu Marinkanı tutması xəbəri təsdiqlənərsə, Novomixailovka ərazisində Ukrayna ordusunun mövqelərinə hücum etmək, bu əməliyyat da uğurlu olarsa, Uqledar bölgəsində hücuma keçmək imkanı əldə edəcək. Nəşr bildirir ki, Uqledar Ukrayna Silahlı Qüvvələri üçün ciddi əhəmiyyət kəsb edir.

Rusiya ordusunun hücumunun digər istiqaməti qərbdən Kurakovo şəhərinə aparan yol ola bilər.

 

Marinka Donetskdən təxminən 10 kilometr cənub-qərbdə yerləşir. 2022-ci ilə qədər orada doqquz mindən çox insan yaşayırdı. 2014-cü ildə şəhər Ukrayna ordusu ilə özünü elan edən “DXR” separatçıları arasında döyüş meydanına çevrilib. 2022-ci ilin martından Marinka ərazisində Rusiya ordusu ilə Ukrayna Silahlı Qüvvələri arasında şiddətli döyüşlər gedir. Şəhər demək olar ki, tamamilə dağıdılıb.

Onu da qeyd edək ki, müdafiə naziri S.Şoyqunun Prezident V.Putinə bu məruzəsi son bir həftədə Rusiya ordsunun 5 qırıcı təyyarə (4 Su-34, 1 Su-30), Qara dəniz Donanmasının ən böyük desant gəmisi "Novorossiysk"in məhv edildiyi günlərə təsadüf edir. Ukrayna aviasiyası sözgügedən gəmini Krımın Feodosiya limanında vurub.

“AzPolitika.info”