📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusu Sumıda evə dron zərbəsi endirib, ana və 9 yaşlı oğlu ölüb

2026-08-14 12:11:40

Rusiya ordusu Sumıda evə dron zərbəsi endirib, ana və 9 yaşlı oğlu ölüb

Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Burın icmasında iki reaktiv pilotsuz uçuş aparatı ilə yaşayış evinə endirdiyi zərbə nəticəsində 29 yaşlı qadın və onun 9 yaşlı oğlu ölüb.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.

Onun sözlərinə görə, zərbə səhər saatlarında endirilib. Hücum nəticəsində fərdi yaşayış evi ciddi dağılıb və yanğın baş verib. Qadın və onun azyaşlı oğlu hadisə yerində həyatını itirib.

Daha 4 nəfər yaralanıb.