Rusiya ordusu Ukraynada 167 uşağı öldürüb, 279-nu yaralayıb, məktəbləri viran qoyub
2022-04-06 11:29:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukraynada Rusiya ordusunun hücumları nəticəsində 167 uşağın həlak olduğu, 279 uşağın yaralandığı bildirilir. Bu barədə açıqlamanı Ukraynanın Baş Prokurorluğu verib. Rusiya ordusunun bombardmanlarında 927 təhsil müəssisəsinin zərər çəkdiyi, bunlardan 83-nün tamamilə dağıdıldığı qeyd edilib.
Hürr Tərcüman