📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusu Xersonu bombalayıb - 2 mülki şəxs həlak olub

2023-05-20 13:55:00

Rusiya ordusu Xersonu bombalayıb - 2 mülki şəxs həlak olub

Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.

report.az