📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusuna qoşulmuş Lənkəran sakini həlak oldu

2024-10-09 09:37:52

Rusiya ordusuna qoşulmuş Lənkəran sakini həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu həlak olub.

Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.

Qafqazinfo.az