📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusunun generalı saxlanıldı

2024-08-29 14:24:41

Rusiya ordusunun generalı saxlanıldı

Hurriyyet.az xəbər verir ki, Rusiyanın müdafiə nazirinin keçmiş müavini Pavel Popov dələduzluqda ittiham olunur və ölkənin güc strukturlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə "Lenta.ru" saytında RF İstintaq Komitəsi tərəfindən məlumat verilib.
Pavel Popov 2021-2024-cü illərdə "Patriot" parkında  yeyinti halları ilə bağlı cinayət işi üzrə həbs olunub. O, parkın direktoru olmuş Vyaçeslav Axmedov və MN İnnovativ İnkişaf Baş İdarəsinin müdir müavini Vladimir Şesterovla əlbir olmaqda ittiham edilir. Adları çəkilən şəxslər artıq cinayət məsuliyyətinə cəlb olunublar.
Hürr Tərcüman