"Rusiya öz qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır”-NATO baş katibi Yens Stoltenberq
"Rusiya öz qüvvələrini bu ölkələrin razılığı olmadan yerləşdirdiyi Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır”, deyə NATO-nun baş katibi Yens Stoltenberq xüsusi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya NATO müttəfiqlərinə və digər ölkələrə qarşı aqressiv ritorika və təxribatlara son qoymalıdır.
“Biz Rusiyanın narahatlıqlarını dinləməyə və Helsinki Aktından bəri hamımızın imzaladığı Avropa təhlükəsizliyi prinsiplərini necə gücləndirmək, onlara hörmət etmək barədə real dialoq aparmağa hazırıq. Buraya bütün ölkələrin öz hərbi istiqamətinə qərar vermək hüququ daxildir. Rusiya digər ölkələrə və onların müttəfiqlərinə qarşı aqressiv ritorikasını və təxribatını dayandırmalıdır. Rusiya öz qoşunlarını bu ölkələrin razılığı olmadan yerləşdiyi Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır”, deyə Yens Stoltenberq bildirib.
Yens Stoltenberq onu da qeyd edib ki, ABŞ artıq Rusiya ilə bağlı təhlükəsizlik sahəsində təkliflərə yazılı cavab göndərib.
Ülviyyə, Hurriyyet.az