📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Paşinyanı cəzalandıracaq - "GƏLƏN İL QANLAR TÖKÜLƏCƏK"

2023-11-15 12:31:33

Rusiya Paşinyanı cəzalandıracaq -

Elxan Şahinoğlu: "Ermənistan KTMT-ni tərk etməyə hazırlaşır, Paşinyanın təşkilatın növbəti zirvə toplantısına qatılmamasının başqa adı yoxdur"

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyə hazırlaşır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin növbəti zirvə toplantısına qatılmamasının başqa adı yoxdur.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri əlavə edib ki, Ermənistan Rusiyanı Qərbə dəyişmək üçün əlindən gələn edir: "Kreml Paşinyanı dayandırmaq üçün daha təsirli alətlərə əl atacaq. Gələn il qanlar töküləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az