Rusiya Paşinyanı devirmək istəyir? Cinayət işi qaldırıldı
2024-09-18 11:27:08
Hurriyyet.az xəbər verir ki, Ermənistan Rusiyanı ölkədə dövlət çevirilişi hazırlamaqda ittiham edib.
Ermənistanda zorakılıqla hakimiyyəti qəsb eləmək planı faktı ilə bağlı cinayət işi qaldırılıb. Keçmiş qarabağ separatçıları da daxil olmaqla, 7 nəfər vətəndaş digər şəxsləri Rusiyanın hərbi toplantılarında iştirak etməyə cəlb edib - məqsəd sonradan Ermənistanda silahlı çeviriliş etmək olub.
Məlumatda deyilir: "Cəlb edilənlərin bir qismi bu planda iştirakdan imtina edib. Təşkilatçılardan 3 nəfəri həbs edilib. Digərləri axtarışa verilib. Qruplaşmanın digər üzvlərinin aşkar edilməsi üçün tədbirlər görülür".
Hürr Tərcüman