Rusiya Polşaya nota verdi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiya Federasiyasının diplomatik missiyası Polşanın Xarici İşlər Nazirliyinə etiraz notasını təqdim edib.
Bunun səbəbinin “Polşa rəsmilərinin Varşavadakı Rusiya məkrəbinə müdaxilə eləməsi” olduğu bildirilir.
Bundan əvvəl RF XİN-in açıqlamasında Polşanın Rusiya məktəbinə müdaxilə eləməsinə sərt reaksiya veriləcəyi bildirilmişdi. Açıqlamada deyilir: “Polşa hakimiyyətinin növbəti düşməncəsinə addımını Diplomatik münasibətlər barəsində 1961-ci il Vyana Konvensiyasının aşkar pozulması və Rusiyanın diplomatik mülkiyyətinə qəsd edilməsi qiymətləndiririk”.
Aprelin 29-da Varşava bələdiyyəsinin nümayəndələri polis əməkdaşları ilə birlikdə Rusiya səfirliyi yanındakı məktəbin ərazisinə daxil olmuşdular. Mətbuatda yayılan videoda təhsil müəssisəsinin ərazisindəki darvazanın qıfılının açıldığı görünür.
Hürr Tərcüman