Rusiya prezidenti Putinin Türkiyəyə səfəri gözlənilir
Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan Soçidə keçirdikləri görüşdə, "pandemiya imkan verərsə" 2019-cu ildən bəri keçirilməyən Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bu ilin sonuna qədər toplanacağını qəbul etdilər.
Keçən il Türkiyədə keçirilməli olan, lakin pandemiya səbəbiylə ləğv edilən zirvə baş tutarsa, Putin ilin sonuna qədər Türkiyəni ziyarət edəcək.
"Sputnik"in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov, Rusiya lideri Putinlə prezident Ərdoğan arasında dünən Soçidə baş tutan görüşlə bağlı açıqlamalarında, "Prezidentlər, ilin sonuna qədər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının təşkil olunmasına razılıq verdilər. Əlbəttə ki, bunun üçün epidemiyanın imkan verməsi lazımdır ”.
Yüksək Səviyyəli Əməkdaşlıq Şurası Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətləri tənzimləyən ən yüksək səviyyəli mexanizmdir və birbaşa Putin və Ərdoğan tərəfindən idarə olunur. Pandemiya səbəbiylə 2019-cu ildən bəri keçirilməyən məclisin bu il toplanması planlaşdırılır, yəni iki lider ilin sonuna qədər yenidən görüşə bilər.
Ülviyyə, Hurriyyet.az