Rusiya Qara dənizə on gəmi göndərib – Əhaliyə raket zərbələri ilə bağlı xəbərdarlıq edilib
2023-05-02 15:53:00
Rusiya Qara dənizə on gəmi göndərib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Nataliya Qumenyuk məlumat verib.
“Qara dənizdə tufan davam edir. Hava həqiqətən də bizim tərəfimizdədir. Bu, düşmənin döyüş tapşırıqlarını yerinə yetirməsinə mane olur. Hazırda Qara dənizdəki rus gəmiləri vurulmamaq üçün müxtəlif yerlərə səpələniblər”, - Qumenyuk bildirib.
O, əlavə edib ki, Qara dənizdə “Kalibr” raketləri hazır vəziyyətə gətirilən 4 gəmi mövcuddur. Qumenyuk qeyd edib ki, Rusiyanın raket hücumlarıyla bağlı təhlükə kritik həddə olmasa da, hələ də qalmaqdadır.