📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Qarabağda Baş konsulluq açmaq istəyir

2024-05-27 22:42:45

Rusiya Qarabağda Baş konsulluq açmaq istəyir

Rusiya 2024-cü ildə Azərbaycanın Qarabağ bölgəsində baş konsulluq açmaq niyyətindədir.

Bakupost.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin başçısı Qriqori Karasin Azərbaycandan olan həmkarı Səməd Seyidovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işlərinə yaxın günlərdə başlayacaqlar.