Rusiya qarışdı! 400 nəfərə yaxın vətəndaş saxlanıldı
Hurriyyet.az xəbər verir ki, rusiyalılar repressiya qurbanlarının abidəsinin qarşısına axın-axın çiçək gətirərək, həbsxanada qəflətən vəfat etmiş müxalifətçi, Kremlin ən böyük tənqidçisi Aleksey Navalnının xatirəsini yad edirlər. "Avronyus" ("Euronews") kanalının məlumatına görə, bununla əlaqədar cümə günündən bəri 400 nəfərə yaxın vətəndaş həbs edilib, onlardan 150 nəfərinə artıq qısamüddətli həbs cəzaları kəsilib.
Aleksey Navalnının mətbuat katibi Kira Yarmış X sosial şəbəkəsində Navalnının anası ilə vəkillərinin Salexardedəki morqa buraxılmadığını xəbər verib - Alekseyin nəşinin orada olduğu təxmin edilir.
Yarmış yazıb: "İstintaq Komitəsində onun anasına və vəkillərinə deyiblər ki, Navalnının ölümü ilə bağlı yoxlama davam edir. Onun hələ nə qədər davam edəcəyi bəlli deyil. Ölüm səbəbi hələ də "müəyyənləşdirilməyib". Onlar yalan danışırlar, vaxtı uzadırlar və hətta bunu gizləmirlər".
Hürr Tərcüman