Rusiya qazının kəsiləcəyi təqdirdə, Avropa Azərbaycan ilə ABŞ-a müraciət edəcək
2022-01-31 09:38:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell dünənki çıxışında Aİ-nin Rusiyanın Avropaya gedən qazı kəsəcəyindən narahat olduğunu söyləyib. Avropa diplomatiyasının başçısı Brüsselin bununla əlaqədar digər qaz tədarükçüləri ilə fəal danışıqlar apardığını qeyd edib.
Borrel bildirib: “Biz diplomatiyanın uğursuzluqla qarşılaşması halına hazır olmalıyıq. Rusiyanın qaz tədarükünü azaltması, yaxud da dayandırması hallarına hazır olmaq üçün bütün variantları və ssenariləri nəzərdən keçiririk, həmçinin ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla iş aparırıq”.
Hürr Tərcüman