📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Qərb kəşfiyyatının Ermənistandakı fəaliyyətindən narahatdır

2024-07-12 10:19:19

Rusiya Qərb kəşfiyyatının Ermənistandakı fəaliyyətindən narahatdır

Hurriyyet.az xəbər verir ki, Rusiya Qərb kəşfiyyatının Ermənistandakı fəaliyyətindən narahatdır.
RF XİN rəhbərinin müavini Mixail Qaluzin Moskvanın NATO-nun Cənubi Qafqaza "sürünən yayılma"sından narahat olduğunu bildirib.
Qaluzin Rusiya mətbuatına müsahibəsində Avropa İttifaqının regiondakı missiyasının Ermənistanın razılığı ilə müvəqqətidən daimiyə çevrilə biləcəyini qeyd edib.
Qaluzin deyib: "Bundan əlavə, bəlli olduğu kimi bu ilin aprelində missiyanın tərkibində Kanada təmsilçiləri peyda olublar, bu da de-fakto olaraq, natoçuların Cənubi Qafqaza sürünən müdaxiləsi deməkdir".
Diplomat Moskvanın bu məsələni İrəvanın təmsilçiləri və digər regional tərəfdarşlarla təmaslar zamanı müntəzəm şəkildə qaldırdığını söyləyib. Xarici işlər nazirinin müavininin sözlərinə görə, Cənubi Qafqazda sabit sülh yalnız Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-2022-ci illərdə imzalanmış müqavilələrin hərtərəfli şəkildə yerinə yetirilməsi yolu ilə mümkündür.
Qaluzin bəyan edib ki, Qərb Ermənistandan Rusiyanın və qonşu ölkələrin obyektləri ilə bağlı kəşfiyyat məlumatlarını toplamaq üçün istifadə edə bilər.
Hürr Tərcüman