Rusiya qırıcıları Ermənistan səmasında
2023-06-07 11:22:00
Hurriyyet.az “Sputnik Ermənistan” agentliyinə istinadla xəbər verir ki, Rusiya Cənub Hərbi Dairəsinin (CHD) təyyarəçiləri Ermənistan səmasında yüksək pilotaj elementlərini həyata keçiriblər.
Cənub Hərbi Dairəsinin hərbi bazasının operativ-taktiki aviasiyasının MiQ-29 çoxhədəfli qırıcılarının pilotları Ermənistanda mürəkkəb pilotaj elementlərini yerinə yetiriblər. Bu barədə CHD Mətbuat Xidməti məlumat yayıb.
Təlim-məşq uçuşlarına Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin Erebuni bazasındakı 120 nəfərdən artıq hərbçisi, 20-dən artıq hərbi texnikası cəlb edilib.
Hürr Tərcüman