📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya qırıcıları Suriyada uşaqları öldürdü

2021-11-12 14:16:00

Rusiya qırıcıları Suriyada uşaqları öldürdü

 

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Rusiya qırıcılarının Suriyanın şimal-qərbindəki İdlibə rayonuna hücumu nəticəsində 3 nəfəri uşaq olmaqla 5 nəfər dinc vətəndaş həlak olub. Yaralanan 4 nəfər mülki şəxs də müalicə edilmək üçün xəstəxanalara çatdırılıb. Bu barədə məlumatı Mülki Müdafiə briqadaları (Ağ Beretlilər) verib.

 “Anadolu Agentliyi”nin xəbərində bildirilir ki, müxaliflərə məxsus təyyarə müşahidəsi  evinin verdiyi məlumata görə, Rusiyaya məxsus Su-34 tipli qırıcı yerli saatla 11.05-də İdlib rayon mərkəzinin yaxınlığındakı toyuq fermasına 3 dəfə hava hücumu edib. Müşahidə evi Rusiya qırıcılarının gün ərzində İdlibin şimalındakı Maratmistin məntəqəsindəki qaçqın düşərgələrinin sıx yerləşdiyi bölgəyə də hava hücumları etdiyini bildirib.

 

Hürr Tərcüman