📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya qırıcıları suriyalı bağbanları qətlə yetirdi

2021-11-22 17:48:00

Rusiya qırıcıları suriyalı bağbanları qətlə yetirdi

 

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Rusiya qırıcıları Suriyanın İdlib vilayətinin Talita kəndinə havadan hücum edərək orada zeytun toplamaqla məşğul olan dinc sakinləri bombalayıb. Nəticədə azı 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. 

Minlərlə dinc vətəndaş Rusiyanın və Əsəd hökumətinin hava hücumları səbəbindən İdlibi tərk edərək qaçqına çevrilib. Yeni hücumlar nəticəsində milyonlarla suriyalı qaçqının Türkiyə sərhədinə köçə biləcəyi ehtimal edilir.

Hürr Tərcüman