Rusiya qırıcısının heyəti Şimali Osetiyada həlak oldu
2024-06-11 08:30:21
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Hava Kosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsi Şimali Osetiya dağlarında təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. Təyyarənin heyəti həlak olub. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin açıqlamasında deyilir: "Şimali Osetiya-Alaniya Respublikasında dağlıq ərazidə plan üzrə təlim-məşq uçuşunu yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarə insansız əraziyə düşüb. Yer səthində dağıntı yoxdur. Heyət həlak olub. Aviaqəzanın səbəbinin texniki nazaslıq olduğu ehtimal edilir. Təyyarənin yerə düşdüyü əraziyə HKQ komissiyası yola düşüb".
Hürr Tərcüman