📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya qüvvələri irəliləyirlər

2025-11-21 16:43:06

Rusiya qüvvələri irəliləyirlər

Hurriyyet.az xəbər verir ki, Ukraynanın "DeepState" layihəsi Rusiya qoşunlarının Pokrovskda əhəmiyyətli dərəcədə irəlilədiklərini bildirib. Analitiklərin fikrincə, Rusiya qüvvələri Donetsk bölgəsindəki Vladimirovka və Şaxmatnıy yaşayış məntəqələri istiqamətlərində də irəliləməkdədirlər.
Lakin Rusiyanın ələ keçirdiyini iddia etdiyi Kupyansk və Yampol ərazilərində heç bir irəliləyiş qeydə alınmayıb. "DeepState" araşdırmaçılarının məlumatına görə, Rusiya ordusunun Zaporojye bölgəsindəki Stepnoqorsk məntəqəsi istiqamətində də irəliləməsi təsdiqlənib.
Hürr Tərcüman