📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya rəsmisi: “İran-Rusiya hərbi əməkdaşlığı düşmənlərin istəyinə rəğmən davam edəcək”

2023-08-09 14:35:00

Rusiya rəsmisi: “İran-Rusiya hərbi əməkdaşlığı düşmənlərin istəyinə rəğmən davam edəcək”

Tehranda səfərdə olan Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov iki ölkə arasında hərbi əməkdaşlığın düşmənlərin istəklərinin əksinə davam edəcəyini vurğulayıb və deyib: “Rusiya iranlı dostları ilə əməkdaşlığa sadiqdir”.

“Fars News” məlumat verir ki, o, bu sözləri İran-BRİCS ( Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından ibarət qrup) iclasında qeyd edib.

"Bizim hərbi əməkdaşlığımızı genişləndirmək hüququmuz var və iki ölkənin hərbi qurumları bir-biri ilə sıx əməkdaşlıq edir. Vaxt gələcək ki, İran BRİCS-in tamhüquqlu üzvü olacaq”, deyə Ryabkov, əlavə edib.

Ülviyyə, Hurriyyet.az