📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya rəsmisi: “Qərb Ermənistanla bizim aramızı vurur”

2023-08-04 11:54:00

Rusiya rəsmisi: “Qərb Ermənistanla bizim aramızı vurur”

Hurriyyet.az xəbər verir ki, RF XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS informasiya agentliyinə müsahibəsində Qərb ölkələrinin “çirkli metodlarla” Ermənistanı şantaj edərək, Rusiya ilə əməkdaşlığın əleyhinə köklədiklərini bəyan edib. Diplomatın sözlərinə görə, hazırda Moskva ilə İrəvan arasında KTMT, Avrasiya İqtisadi İttifaqı və MDB, həmçinin, müxtəlif beynəlxalq arenalar və ilk növbədə BMT çərçivəsində “sıx xarici siyasi koordinasiya” yaranıb.

Qonçar deyib: “İrəvanla münasibətlərdə hansısa neqativ məqamlara gəlincə, onlar ilk növbədə Qərb ölkələrinin Rusiya-Ermənistan əməkdaşlığına zərər vermək üçün dayanmadan etdikləri cəhdlərin nəticəsidir. İstənilən üsullardan, o cümlədən, tamamilə çirkli metodlardan – sanksiya şantajından, haqsız rəqabətdən, boş vədlərdən, istifadə edirlər. Bu vədlərdə, erməni atalar sözündə deyildiyi kimi, “kababdan çox tüstü var”. Biz erməni dostlarımızın müdrikliyinə güvənirik. Biz bütün problemli məqamları müttəfiqlik, birbaşa və açıq dialoq əsasında həll eləməyə hazırıq”.

Hürr Tərcüman