📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya rəsmisindən etiraf: “Rus qoşunları gələnə qədər” Buçada cəsədlər olmayıb

2022-04-06 12:56:00

Rusiya rəsmisindən etiraf: “Rus qoşunları gələnə qədər” Buçada cəsədlər olmayıb

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya rus qoşunlarının Buçadakı vəhşiliklərdə iştirakını etiraf edib və bir neçə dəfə Rusiya Federasiyasının Ukraynadakı “xüsusi əməliyyatını” müharibə adlandırıb.
Ukraynanın BMT-dəki nümayəndəsi Serhiy Kislitsa buna diqqət çəkib. Belə ki, Rusiyanın aqressiyasını müdafiə edən rus diplomatı birdən çaşaraq vildirib ki, “rus qoşunları gələnə qədər” Buçada cəsədlər olmayıb.
"Buçada gördüklərinizə, cəsədlərə diqqətlə baxsanız, küçələrdə yatan cəsədlər, rus qoşunları içəri girənə qədər yox idi... Bağışlayın, çıxana qədər", deyə Nebenzya bildirib. Beləliklə, Rusiya BMT-də qəfildən Buçadakı vəhşiliklərdə iştirakını etiraf etdi. 
Putinin rəqibi Mixail Xodorkovski də öz növbəsində Nebenzyanın çıxışını “Freydə görə dil sürüşməsi” adlandırıb: “Daimi yalan depressiyaya salır və həqiqəti söyləmək üçün şüursuz  istək ortaya çıxır”.
Kislitsa qeyd edib ki, Nebenzya çıxışı zamanı Ukraynaya qarşı təcavüzü “xüsusi əməliyyat” təbliğat möhürü əvəzinə Rusiya Federasiyası üçün qadağan olunmuş “müharibə” sözü ilə ifadə edib.
Ukraynalı diplomat Nebenzyanın başqa manipulyasiyasını da "yaxalayıb" - Buça Şəhər Şurasının deputatı Yekaterina Ukraintseva ilə Rusiyanın "Meduza" xəbər agentliyinə müsahibəsindən sitat gətirəndə. Nebenzya bildirib ki, Ukraintseva guya şəhər işğalçıların əlində olanda “insanların güllələnmədiyini” təsdiqləyib.
Kislitsa Nebenzyanı bu nəşrdən ona "sərf edən" hissədən sitat gətirdiyinə görə qınayıb və qınağını bu sözlərlə ifadə edib: "Hadisə belə baş vermişdi ki, rus əsgərləri zirzəmiyə quru yemək ötürdülər, sonra da ora qumbara atdılar". 
"Siz bu müsahibədən sitat gətirmək istəyirdiniz, niyə tam olaraq sitat gətirmirsiniz. Söhbət arxasınca qumbara atılan humanitar yardımınızdan gedir", deyə ukraynalı diplomat bildirib.

Ülviyyə, Hurriyyet.az