📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya S-300-lə zərbə endirdi: yaralılar var

2023-01-17 00:18:00

Rusiya S-300-lə zərbə endirdi: yaralılar var

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə S-300 raketi ilə hücumu nəticəsində 9 nəfər yaralanıb.

Bu barədə Zaporojye vilayətinin polis idarəsindən bildirilib.

Zaporojye vilayəti polisinin verdiyi məlumata görə, saat 00:50 radələrində rus qoşunları yenidən şəhərin yaşayış məhəllələrindən birinə raket zərbələri endirib.

Bildirilib ki, partlayış dalğasından yaxınlıqdakı evlərin şüşə və eyvan çərçivələri sınıb, avtomobillərə ziyan dəyib.\\Axar