Rusiya sanksiyalar üzündən hava daşımaçılığı bazarını Qazaxıstana uduzur
Ən böyük Qazaxıstan aviaşirkətinin prezidenti bildirib ki, Rusiya hava trafikini itirdiyi üçün Qazaxıstanın biznesi inkişaf edir. Ukraynada müharibə başlayandan sonra bir çox dünya aviaşirkətləri Rusiyaya uçuşları dayandırıb. Nəticədə Moskva Avropa və Asiya arasında uçuşlar üçün mərkəz statusunu itirib və bu, Qazaxıstana uçuş bazar payını artırmağa imkan verib. Bunu “Reuters” agentliyinə müsahibəsində “Air Astana”nın prezidenti Piter Foster deyib.
Foster həmçinin əlavə edib ki, "Air Astana" Rusiya Federasiyasına qarşı Qərbin sanksiyaları nəticəsində yaranan tədarük zənciri problemlərini həll edə bilib və “alternativ üsullar” tapıb. Bununla Orta Asiyaya Qərb mallarını idxal edən və Rusiya Federasiyasından tranzitlə yük daşıyan bir çox şirkət üzləşib.
Ülviyyə, Hurriyyet.az