📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

2024-02-19 19:09:01

Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

Rusiyanın Finlandiya səfiri Pavel Kuznetsov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Finlandiya XİN-dən məlumat verilib.

Bildirilib ki, səfir Aleksey Navalnının ölümü ilə bağlı Rusiyanın məsuliyyətini bildirmək, tam və şəffaf araşdırma aparılmasını tələb etmək üçün XİN-ə çağırılıb.

Qeyd edək ki, 16 fevralda 47 yaşlı Aleksey Navalnı cəzaçəkmə müəssisəsində qəflətən ölüb.