📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya səfiri Moldova XİN-ə çağırıldı - Səbəb

2024-03-11 22:24:52

Rusiya səfiri Moldova XİN-ə çağırıldı - Səbəb

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə məlumatı Moldova XİN paylaşıb.

Bildirilib ki, səfir XİN-ə martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlara görə çağırılıb.

“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, - paylaşımda vurğulanıb. \\Axar.Az