Rusiya səfirini geri çağırdı - İrəvan təşvişdə...
2024-05-24 16:42:25
Mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə adı çəkilən ölkənin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Paşinyan hakimiyyətinə yaxın Teleqram kanalları "26 may mitinqi onsuz keçəcək, yoxsa o vaxta qədər qaytaracaqsız?" replikası ilə yayıblar.
Qeyd edək ki, Ermənistanın rusiyayönlü müxalifəti mayın 26-na ümumrespublika mitinqi təyin edib.
Bakupost.az