📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya səfirliyinə Molotov kokteyli atılıb

2024-04-08 15:06:28

Rusiya səfirliyinə Molotov kokteyli atılıb

Hurriyyet.az xəbər verir ki, 7 və 8 aprel tarixlərində Rusiyanın Vilnüsdəki səfirliyinə Molotov kokteyli ilə doldurulmuş şüşələr atılması ilə əlaqədar Litva polisi təhqiqata başlayıb. Bu barədə məlumatı "Delfi.lt" portalı polis departamentinə istinadla verib. 
Polisin məlumatına görə, diplomatik nümayəndəliyə birinci dəfə aprelin 7-nə keçən gecə yerli vaxtla saat 2.15-də, ikinci dəfə bir sutka sonra - aprelin 8-də 2.46-da hücum edilib. Hər iki halda səfirlik binasının divarları zədələnib.
RF-nin Litvadakı səfirliyi və RF XİN hələ baş verənlərlə bağlı açıqlama verməyib.
Hürr Tərcüman