📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya səfirliyinin işçiləri Moldovadan qovuldular, mərkəzdə isə bircə diplomat qalıb

2023-08-14 12:56:00

Rusiya səfirliyinin işçiləri Moldovadan qovuldular, mərkəzdə isə bircə diplomat qalıb

Zaxarova Zaxarovun açıqlamasına cavab verdi: “Cavabsız qalmayacaq”

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin (MİDEİ) mətbuat katibi İqor Zaxarov Rusiyanın Kişinyovdakı səfirliyinin texniki işçilərindən və diplomatlarından ibarət böyük bir qrupun bazar ertəsi səhər saatlarında təyyarə ilə Moldovanı tərk elədiklərini bildirib.

Bir ay bundan əvvəl MİDEİ RF-nin Moldovadakı səfirliyinin əməkdaşlarının sayının azaldılması barəsində qərar qəbul edib. 23 diplomatın və 23 nəfər texniki işçinin öz ailələri ilə birlikdə respublikanı tərk eləmələri qərara lınıb, MİDEİ onlara avqustun 15-nə qədər vaxt verib. Qərara görə, Moldovadakı Rusiya səfirliyində ən çox 10 diplomat və 15 nəfər texniki işçi qala bilər.

Rusiya səfriliyinin əməkdaşları xüsusi reys ilə yola salınıblar, jurnalistlər hava limanına buraxılmayıb.

MİDEİ bildirib ki, qərarın qəbul edilməsinə səbəb “RF-nin Kişinyovdakı səfirliyinin əməkdaşlarının Moldovaya qarşı çox sayda qeyri-dost addımları və ölkədəki sabitliyi pozmaq cəhdləri” olub.

RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova bu addımın cavabsız qalmayacağını söyləyib.

İyulun axırında Rusiyanın Kişinyovdakı səfirliyi “texniki səbəblərə görə” konsulluq şöbəsinin avqustun 5-dən işini dayandıracağını bəyan etmişdi.  Rusiya Elm və Mədəniyyət Mərkəzinin də işi məhdudlaşdırıb – mərkəzdə cəmi bir Rusiya diplomatı qalıb.

Hürr Tərcüman