📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Serbiyadakı hadisələrlə bağlı Qərbi ittiham edir

2023-12-25 14:43:37

Rusiya Serbiyadakı hadisələrlə bağlı Qərbi ittiham edir

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Serbiyadakı səfiri Aleksandr Boçan-Xarçenko “Rossiya-24” kanalının efirində Serbiyada prezident seçkilərindən sonra başlayan etiraz çıxışlarının Qərb ölkələri tərəfindən həyata keçirildiyini bəyan edib.

Səfir deyib: “Onlar Belqraddakı planlarının  sakit, dinc yolla həyata keçmədiyini anlayaraq,  ölkə daxilində xaricdən dəstəklənən etirazlar təşkil etdilər. Serbiya Prezidenti Aleksandr Vuçiç də bu barədə danışıb. Mən bu barədə təfərrüatları açıqlaya bilmərəm. Çünki bu, informasiya məxfidir. Lakin onun əlində olan təkzibedilməz faktlara görə, etirazlar Qərb tərəfindən dəstəklənir”.

Hürr Tərcüman