📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya sərhədçiləri ilə bağlı öhdəlik götürməmişik - Paşinyan

2024-09-11 21:06:28

Rusiya sərhədçiləri ilə bağlı öhdəlik götürməmişik - Paşinyan

Ermənistanın 9 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“9 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdı, onlar olmayacaq da”, - Paşinyan qeyd edib. \\Axar.Az