📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya sığınacaqları hazırlayır: bombardman olacaq?

2022-04-28 09:07:00

Rusiya sığınacaqları hazırlayır: bombardman olacaq?

Vətəndaşlar üçün işlək xəbərdarlıq sistemi və sığınacaqların lazımi vəziyyətə gətirilməsi zəruridir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Rusiya rəsmisinin sözlərinə görə, cənub vilayətlərində fövqəladə vəziyyət zamanı əhalinin təcili xəbərdarlıq sistemi, habelə etibarlı sığınacaqların lazımı səviyyədə olması təmin edilməlidir:

“Mülki müdafiənin mühafizə strukturlarını lazımi vəziyyətə gətirmək lazımdır”.