📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya SOCAR-ın bazasını vurdu: yaralılar var

2025-08-08 20:58:31

Rusiya SOCAR-ın bazasını vurdu: yaralılar var

Rusiya Odessa vilayətində SOCAR-a məxsus neft bazasına zərbə endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “RKB”-yə mənbələr məlumat verib.

Məlumata görə, Rusiya 5 “Şahid” dronu ilə bazaya zərbə endirib. Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. Şirkətin dörd əməkdaşı xəsarət alıb, onların hamısı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Yanğın qısa müddətdə lokallaşdırılıb, bərpa işləri aparılır.

Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, zərbələr hədəfə yönəlik olub.

Qeyd edək ki, bu, son həftələrdə SOCAR-a bağlı obyektlərə edilən ikinci zərbədir: daha əvvəl “Orlovka” yaxınlığında Azərbaycan qazının ötürülməli olduğu qazpaylayıcı stansiya zədələnmişdi.(axar.az)