"Rusiya sülh prosesinə maneə olsa, imicinə çox zərbə vuracaq"— AÇIQLAMA
“Praqa görüşündən sonra iki dövlət başçısının Sankt-Peterburqa səfərində heç bir əlaqə görmürəm. Çünki Sankt-Peterburqda MDB çərçivəsində əvvəlcədən planalşdırılmış görüş baş tutdu. Ona görə də, Praqada baş tutmuş görüşlərlə heç bir əlaqəsi yoxdur. Çox gümanki Vladimir Putin orada qeyri-formal şəkildə danışıqlar aparıb”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Təbii ki, Rusiyanın Qərbin sülh prosesinə dair qısqanclıq hissi müşahidə edirik. Düşünmürəm ki, Praqada əldə olunmuş razılıqlar Rusiyanın zərbə vurur. Aydındır ki, Rusiyanın hazırda vəziyyəti hansı yerdədir. Rusiya sülh prosesində daha çox diqqətini transport, delimitasiya məsələlərinə yönəltmişdir. Amma sülh sazişi və Qarabağ məsələsi ilə bağlı deyirdi ki, bu sonra həll olunacaq, sonra müzakirə edəcəyik. Rusiyanın bu həmişəki yanaşması idi. Yanaşmasında da məsələləri həmişə gələcəyə saxlayırdılar. Bizim üçün ən radikal məsələ sülh prosesidir. Biz də buna Qərb, məhz Brüssel platformasında nail oluruq. Hələ ki, proses müsbət gedir, amma tamamlanmayıb. İndi nəticə haqqında mən görürərm ki, optimist müşahidələr, şərhlər edilir. Bəli, düzgün istiqamətdə gedir, amma nəticələr yoxdur. Bu da bizm üçün ən vacib məsələdir. Bilirsiniz ki, indiyədək Rusiya belə təklifləri sona qədər verməmişdir. Bu yaxınlarda Mariya Zaxarova və Lavrov qeyd edib ki, müəyyən təkliflər verib Rusiya.
Düzdür, mən onu görməmişəm. Ona görə bu barədə heç bir şərh edə bilmərəm. Söhbət ondan gedir ki, Rusiya bugünədək təşəbbüs göstərməmişdi, bunların təşəbbüsləri daha çox nəqliyyat sərhəd delimitasiya məsələsi ilə bağlı idi. Bəli ola bilsin ki, Rusiya müəyyən dərəcədə qısqanclıq hiss edir, amma ümidvaram ki, Rusiya burada bu məsələlərə mənfi təsir göstərməyəcək. Belə olan halda, onun imicinə daha çox zərbə vurulacaq. Bəlkə də, bəziləri Moskvada belə düşünür ki, zərbə vurub. Əgər Rusiya bu işlərə müdaxilə etməyə başlasa, sülh prosesinə mane yaratsa, fikrimcə, imicinə daha çox zərbə vuracaq. Halbuki, indiki halda vəziyyətə baxsaq, Ukrayna müharibəsi ilə bağlı Rusiyanın imici daha böyük sual altındadır”.
Aynurə