📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya sülhməramlıları Azərbaycandan nə vaxt çıxacaq? - Deputatlar tarixi AÇIQLADI

2023-12-29 17:52:31

Rusiya sülhməramlıları Azərbaycandan nə vaxt çıxacaq? - Deputatlar tarixi AÇIQLADI

Azərbaycan suverenliyini tam bərpa edəndən sonra Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yenidən gündəmə gəldi. Məlumdur ki, sülhməramlıların Qarabağa yerləşdirilməsində məqsəd tərəflər arasında atəşkəsi təmin etmək idi. Hazırda isə bu problem aradan qalxıb. Yəni, Qarabağda yalnız bir tərəf var: o da bu torpaqların əsl sahibi olan Azərbaycan. Belə olan halda sülhməramlıların Qarabağda fəaliyyətinə nə ehtiyac var?

Hurriyyet.az xəbər verir ki, mövzunu TNS-ə dəyərləndirən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Azər Badamov deyib ki, Qarabağda Rusiya sülhməramlıların mövcudluğu 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsaslanır: "Bu bəyanata görə Qarabağda sülməramlıların yerləşməsi ilə paralel olaraq Ermənistanın silahlı qrupları ərazilərimizi tərk etməli idi. Amma təəssüf ki, bu, baş vermədi və Üçtərəfli Bəyanatın tələbləri ciddi pozuldu. Ermənistanın qeyri-qanuni silahlı qüvvələri ərazilərimizdən çıxarılmaq əvəzinə, onların Qarabağda sayı artırıldı.

s3

Müzəffər Azərbaycan Ordusunun 19-20 sentyabrda keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə 23 saat ərzində 15 minə yaxın erməni terrorçu tərk-silah edildi, ərazilərimizdə suverənlik tam şəkildə bərpa olundu. Bu gün isə Qarabağda erməni separatçılar və qeyri-qanuni silahlılar qalmayıb. Amma Rusiya sülhməramlıları qalmaqda davam edir. Onların qalma müddəti isə Üçtərəfli Bəyanata əsasən, 2025-ci ilə qədər davam edəcək. Çünki Azərbaycan imza atdığı sənədlərə həmişə hörmətlə yanaşıb. Ona görə də biz Rusiyanı sülhməramlılarını ərazilərimizdən çıxarmağa məcbur etmirik".

YAP funksioneri hesab edir ki, 2025-ci ildə Rusiya sülhməramlıları ərazilərimizdən çıxacaq: "Çünki onların Qarabağda mövcudluğunun nə hüquqi əsası, nə də əhəmiyyəti var".

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə TNS-ə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə Qarabağda əsrlərdir, fəaliyyət göstərən separatçıların yuvası darmadağın edilib: "Müstəqilliyimizin ilk illərində özünü "Artsax" adlandıran xunta rejimi də eyni aqibəti yaşadı. Azərbaycan təmkin və səbrlə, addım-addım yumuşaq güclə sərt gücü dəqiqliklə uzalaşdıraraq, bu problemi həll etdi. Beləliklə, 2023-cu ildə Azərbaycanın həm ərazi bütövlüyü, həm də suverenliyi bərpa olundu.

s2

Ermənilər 30 ildə Azərbaycana qarşı törətdikləri soyqırımlarına, anti-humanist hərəkətlərə görə cavab vermək reallığı ilə üz-üzə qaldı. Nəticədə də dərk etdilər ki, bu cür düşüncədə olan insanlar Azərbaycanda azərbaycanlılarla birgəyaşayış haqqına malik deyillər. Gec-tez onların əməlləri üzə çıxacaq. Əgər dövlət bu və ya başqa bir səbəbdən onları əfv etsə də, insanların psixologiyasında olan bu yaranı sağaltmaq qeyri-mümkündür. Bu səbəbdən də onlar könüllü şəkildə ölkəmizi tərk etdilər. Bu torpaqlarda onların haqqı yoxdur. Vaxtı ilə Rus imperiyasının təşəbbüsü ilə Türkiyə və İrandan köçürülərək, bizim tarixi torpaqlarımızda məskunlaşdırılmışdılar. Onlara normal yaşamaq üçün bütün şəraitləri yaratmışdıq. Lakin onların nankorluğu vəziyyəti gətirib bu həddə çatdırdı. Ona görə də ermənilər gedəndən sonra təbii olaraq baş verəcək hər hansısa bir qarşıdurmanın qarşısını almaq üçün sülhməramlılar fəaliyyət göstərirdisə, artıq buna ehtiyac yoxdur".

AVP sədri əlavə edib ki, Qarabağda qalan azsaylı ermənilər üçün onsuz da hər hansısa bir təhlükə mövcud deyil.

“Əksinə, onlar dövlət tərəfindən çox yüksək səviyyədə himayə olunur, tam təchiz edilmiş durumdadırlar. Bu mənada Qarabağda artıq hər hansı bir sülhməramlıya ehtiyac yoxdur. Ancaq dövlətlərarası münasibətlərdə qarşılıqlı anlaşmalar var. Düşünürəm ki, 2024-cu ildə Azərbaycan tərəfi sülhməramlıların missiyası ilə bağlı öz müraciətini ünvanlayacaq, sülhməramlılara ehtiyacın olmadığını əsaslandırıb onların ölkədən çıxarılması mövzusunu ortaya qoyacaq. Heç bir problem olmadan sülhməramlı qüvvələri ölkəmizdən yola salacağıq".