Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdi - RƏSMİ
2024-06-12 15:00:13
Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.