📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

RUSİYA SÜLHMƏRAMLILARI QANUNSUZ HƏRBİ DAŞIMALARI MÜŞAYİƏT EDİR - Video

2023-05-19 16:57:00

RUSİYA SÜLHMƏRAMLILARI QANUNSUZ HƏRBİ DAŞIMALARI MÜŞAYİƏT EDİR - Video

Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.

APA-nın xəbərinə görə, təqdim olunan videoda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlılarının zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.

Qeyd edək ki, bir neçə gün öncə də qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə sülhməramlıların zirehli texnikasının müşayiəti altında Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə növbəti dəfə hərbi daşımaların həyata keçirilməsi ilə bağlı da görüntülər yayılmışdı.