📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya sülhməramlıları Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edəcək

2023-12-15 15:17:06

Rusiya sülhməramlıları Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edəcək

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Rusiya Sülhməramlı Kontingentinin komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minalardan təmizlənməsinə dair razılıq əldə olunması ilə bağlı danışıqlar aparılıb. (APA)