📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rusiya sülhməramlılarını gözümçıxdıya salmaq prinsipi də doğru deyil, amma...”

2021-08-28 14:37:00

“Rusiya sülhməramlılarını gözümçıxdıya salmaq prinsipi də doğru deyil, amma...”

“Bu o demək deyil ki, torpaqlarımızda Rusiya hərbçilərinin edə biləcəyi qanunsuz, ağılsız, məntiqsiz hərəkətlərə göz yummalıyıq...”

“Hər halda əgər 10 Noyabr üçtərəfli bəyanatı varsa və həmin sənəddə Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi razılaşdırılıbsa,  həmin  qüvvələr hələlik  bu ərazidə qalmalıdır.  Ancaq onlar birbaşa kiminsə xeyrinə davranarsa, onda əks tərəf öz səsini qaldıra və bunun qarşısını ala bilər.  Hesab edirəm ki, Rusiya sülhməramlı qüvvələrini gözümçıxdıya salmaq prinsipi də doğru deyil”.  

HURRİYYET.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında  Azərbaycan parlamentinin sabiq vitse-spikeri,  keçmiş Azərbaycan SSR Kommunist Pariyası Mərkəzi Komitəsinin  katibi Telman Orucov ifadə edib.

“Amma bu o demək deyil ki, torpaqlarımızda Rusiya hərbçilərinin edə biləcəyi qanunsuz, ağılsız, məntiqsiz hərəkətlərə göz yummaq lazımdır. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan ordusu onların davranışlarını daim nəzarətdə saxlamalıdır.  Hər halda  ruslar da başa düşürlər ki, necə deyərlər, çox iti bıçağın üzəri  ilə gedirlər və əgər  bir balaca ciddi səhvə yol verərlərsə, o halda  vəziyyət  ağırlaşa və genişmiqyaslı hərbi əməliyyatlar bərpa oluna bilər. Ortada, dediyim kimi, rəsmi razılaşma, sənədlər var. Və hər bir tərəfin borcudur ki, onlara əməl eləsin. Biirinci növbədə  çalışmalıyıq ki, Zəngəzur yolu açılsın...

Bilirsiz, Qarabağ məsələsi on illərlə düyünlənmiş bir məsələ olduğundan hər şeyi birdən-birə əldə etmək mümkün deyil. Addım-addım hərəkət etmək gərəkdir. Hesab edirəm ki, 44 günlük müharibə Azərbaycan üçün böyük bir qələbə oldu. Və heç kəs bunun əhəmiyyətini azaltmamalıdır.  Bundan sonra da öz dövləti prinsiplərimizə, milli maraqlarımıza  uyğun olaraq davranmalıyıq.  Düşməni də, Rusiya hərbi kontingentini də daim nəzarətdə saxlamalı və özümüzün də hər addımımızı ölçüb-biçməliyik” –deyə söhbətinin davamında keçmiş Kommunist Partiyasının fəal funksioneri vurğulayıb.