Rusiya Suriyada işğal etdiyi mövqeləri İsrailə təhvil verir
İsrail Qolanda işğal əməliyyatlarını gücləndirir. Belə ki, İsrail işğal altındakı Qolan təpələrində intensiv mühəndislik işlərinə və yeni maneələrin quraşdırılmasına başlayıb.
“Reuters”in məlumatına görə, son günlər minalar təmizlənib və silahsızlaşdırılmış zona boyunca yeni maneələr qoyulub. Həmçinin, işğalçı qüvvələrin zonanı ayıran çəpəri Suriya ərazisinə yaxınlaşdırması sərhəd nəzarətini gücləndirmək planlarından xəbər verir.
Rusiya qoşunları İsrail işğalçıları ilə razılığa gəldikdən sonra Suriyanın cənubundakı mövqelərinin bir hissəsini tərk ediblər. Rusiya bayraqları Təl-Xaranın zirvəsindən endirilib və bölmələr Təl-Maşara tərəf geri çəkilib. Bu arada Suriya ordusu bu hərəkətlərə cavab olaraq heç bir əlavə yerləşdirmə həyata keçirməyib.
Ülviyyə, Hurriyyet.az