📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Tacikistanı hərbi orbitindən buraxmaq istəmir: Düşənbə ilə Moskva arasında hərbi texnika alveri

2022-12-13 12:52:00

Rusiya Tacikistanı hərbi orbitindən buraxmaq istəmir: Düşənbə ilə Moskva arasında hərbi texnika alveri

Rusiya Tacikistanı silah və hərbi texnika ilə təmin etməyə davam edəcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada tacikistanlı həmkarı Şerali Mirzo ilə danışıqlarda deyib.
Şoyqu həmkarına bildirib ki, Rusiya və Tacikistan arasında hərbi sahədə əməkdaşlıq Mərkəzi Asiyada sabitliyin qorunmasında mühüm amildir.
Danışıqlar zamanı Sergey Şoyqu və Şerali Mirzo Rusiya və Tacikistan Müdafiə nazirlikləri arasında 2023-cü il üçün əməkdaşlıq planını imzalayıblar.

Ülviyyə, Hurriyyet.az