"Rusiya tarixi boyu görmədiyi fəlakətin astanasındadır" - XAQANİ CƏFƏRLİ
"Proseslər elə sürətlə inkişaf edir ki, Rusiyanın bu ildən salamat çıxa bilməyəcəyinə daha çox əmin oluram"
"Rusiya apokalipsisin dörd atlısının fəlakətə sürüklədiyi çoğrafiyanı xatırladır. Ukraynaya qarşı cinayətkar müharibədə ağır itkilər, İŞİD-in terror hücumları, texnoloji dağıntılar və təbii fəlakət apokalipsisin dörd atlısını xatırladır. Belə görünür ki, apokalipsisin dörd atlısı yürüşün başlanğacındadır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq hesab edir ki, Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri qarşıdakı aylarda həndəsi silsilə ilə artacaq: "İŞİD daha bir qanlı terror həyata keçirsə bu Rusiyada qeyri-ruslara qarşı hücumları vətəndaş müharibəsinə çevirəcək. Sel fəlakəti xəstəlik və qıtlığa səbəb olmaqla cəmiyyətin əsaslarının dağılmasını gücləndirəcək. Texnoloji dağıntlar dövlətin öz funksiyasını yerinə yetirə bilməməsi ilə bağlı şüurlarda yaranan qənaəti tamamlamaqdadır".
Xaqani Cəfərlinin sözlərinə görə, Putinin siyasətinin nəticəsi olaraq Rusiya tarixi boyu görmədiyi fəlakətin astanasındadır: "Proseslər elə sürətlə inkişaf edir ki, Rusiyanın bu ildən salamat çıxa bilməyəcəyinə daha çox əmin oluram. Belə bir qənaətim var ki, hansısa güclü əks-sədası olacaq hansısa bir hadisə Rusiyada prosesləri nəzarətdən çıxaracaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az