📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya taxıl müqaviləsində iştirakını dayandırır

2022-10-29 19:11:00

Rusiya taxıl müqaviləsində iştirakını dayandırır

Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.

Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il oktyabrın 29-da Kiyev tərəfindən həyata keçirilən terror aktını nəzərə alaraq, Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır”, - məlumatda deyilir. \\Report