Rusiya təbii qazının Ukraynadan axını davam edir, əvəzində Belarusdan gedən Yamal-Avropa kəmərilə qaz verilməsi dayanıb
Ukrayna qaz dəhlizinin yüklənməsi hələ də maksimumdadır. Çərşənbə gününün məlumatına görə, Ukrayna qaz nəqliyyat dəhlizinin təbii qazla yüklənməsi uzunmüddətli müqavilənin maksimum səviyyəsində eyni, yəni ildə 40 milyard kubmetr və ya gündə 109 milyon kubmetr olaraq qalır.
“Qazprom martın 30-na Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün müntəzəm rejimdə, avropalı istehlakçıların təlabatına uyğun olaraq 109,5 milyon kubmetr həcmində tədarük edir”, deyə şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə bildirib.
Qazın Belarus və Polşa vasitəsilə Almaniyaya nəqlini həyata keçirən Yamal-Avropa qaz kəməri ilə qazın fiziki axını çərşənbə axşamı günortadan sonra Almaniyanın GTS-nin girişində dayanıb. "İnterfaks" xəbər verir ki, martın 30-da günün ilk saatında qazın hər iki istiqamətdə axın sıfıra bərabərdir.
Ülviyyə, Hurriyyet.az